Şuranın dəstəyilə "Əsl azərbaycanlı ailəsi necə olmalıdır?" mövzusunda ictimai teledebat keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” ictimai birliyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsini icra edir.
 
Layihə çərçivəsində Yevlax şəhərində ARBAran TV şirkətində "Əsl azərbaycanlı ailəsi necə olmalıdır?" mövzusunda ictimai teledebat keçirilib.
 
Verilişə mövzu ilə əlaqədar dəvət edilmiş mütəxəssislər Gəncə Dövlət Unuversitetinin professoru Etibar Allahverdiyev və GDU-nun baş müəllimi Roma Allahverdiyeva klassik ailə dəyərlərimizdən və müasir azərbaycanlı ailələrində mövcud problemlərdən danışıblar. 
 
Müzakirələrdə bildirilib ki, ailə münasibətlərinin sağlamlaşdırılması, milli mental dəyərlərimizin qorunaraq gələcək nəslə çatdırılması günümüzün aktual məsələlərindədir. Əsl azərbaycanlı ailəsinin yüksək əxlaqi dəyərləri barədə maarifləndirici fikirlər tamaşaçıların diqqətinə çatdırılıb. Teledebatda iştirak edən 20 nəfərdən çox auditoriya iştirakçısıları da mövzuya dair fikirlərini bildiriblər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri (flayer) paylanıb.