Şuranın dəstəyilə Dəyirmi masa: “İctimai iştirakçılığın təşviqi”

qhtxeber.az  «Demokratik İnkişafın Təşviqi» ictimai birliyi Azərbaycan Respublikasını Prezidenti Yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Saatlı rayonunda «İctimai iştirakçılığın təşviqi» mövzusunda Dəyirmi masa keçirib. 
 
Tədbiri layihə rəhbəri Kərim Əhmədov açaraq layihənin məqsədləri haqqında məlumat verib. O, son vaxtlar keçirilən iqtisadi və kadr islahatlarına diqqəti çəkərək, bir sıra proseslərdə ictimai nəzarətin formalaşmasının zəruriliyindən danışıb, K. Əhmədov dövlət səviyyəsində bu məsələyə diqqət yetirildiyini qeyd edərək, Prezident İlham Əliyevin şəffaflığın qorunması üçün ictimai nəzarətin formalaşmasına ehtiyac olduğunu deməsini xatırladıb.
 
Layihənin eksperti Şaban Nəsirov bildirib ki, ölkədə neqativ halların aradan qalxması üçün ictimai nəzarətin formalaşmasının zəruriliyindən danışıb. O, son zamanlar atılan iqtisadi islahatların təqdirəlayiq olduğunu deyib: «Atılan optimalaşdırma tədbirləri zamanı bir sıra nazirliklər birləşdirildi ki, bu da birbaşa dövlət büdcəsinə qənaət deməkdir. Vergi sistemində aparılan islahatlar zamanı burada olan bir sıra neqativ hallar aradan qalxıb. Bu da sahibkarların fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması deməkdir. Sadəcə vergini ödəməklə hansısa sahə ilə qanuni şərtlərlə məşğul olmaq mümkündür».
 
Ş. Nəsirov aparılan islahatlar sayəsində daşınmaz əmlak üçün sənədlərin aldə edilməsinin asanlaşdığını dedi: «Daha əvvəl rast gəlinən bürokratik əngəllər artıq aradan qalxıb. Tələb olunan rüsumun ödənilməsi ilə topraq üçün «çıxarış» asanlıqla əldə etmək olur. Çox güman ki, bu evlərin sənədləşdirilməsində də tətbiq olunacaq».
 
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. İctimai iştirakçılığın təmin olunması üçün vətəndaşların ölkədə keçirilən seçkilərdə fəal iştirak etməsinin vacibliyindən danışılıb.