Gənclər eşidilmək istəyir

qhtxeber.az  "Eşidilmək İstəyirəm" layihəsi “Education HUB”ın “İnkişaf zamanı” proqramı çərçivəsində həyata keçirilib. 
 
Layihənin məqsədi uşaq və məişət zorakılığına ictimaiyyətin diqqətini çatdırmaqdır. 
 
Gəncədə Art Garden-da 4 ssenaridən ibarət tamaşa nümayiş olunub. Tamaşa zamanı gənclər uşaqlara qarşı ailədə baş verən zorakılıqların ciddi fəsad yaratdığını və onların erkən yaşlarda psixolojı sarsıntıya məruz qaldıqları önə çəkiblər.
 
Qeyd edək ki, layihə  YAP Gənclər Birliyi, Like Agency, Pitho şirkəti və Art garden-Gəncənin tərəfdaşlığı ilə baş tutub.