Şura ilə Kollegiya QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birgə keçirilən qrant müsabiqəsi haqqında QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin aparıcı məsləhətçisi Nədimə Rəhimli və məsləhətçisi Elnur Bağırlı keçirilən qrant müsabiqəsi, iştirakçılar və onların layihələri üçün tələblər, layihələrin təqdim edilmə qaydası və proseduru barədə məlumat veriblər. 
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının rəhbəri Fərhad Nəcəfov müsabiqə çərçivəsində qəbul ediləcək layihələrin mövzuları barədə QHT nümayəndələrinə ətraflı məlumat verib, mövzu və layihələrlə bağlı Vəkillər Kollegiyası tərəfindən müxtəlif istiqamətlərdə, o cümlədən, müəyyən sahələr üzrə ixtisaslaşmış vəkillərin layihələrə cəlb edilməsi üzrə dəstək veriləcəyini bildirib.