QHT-lərin nəzərinə!

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi haqqında QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edəcək.
 
Tədbir 11 dekabr saat 16:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.