Şuranın dəstəyilə Lənkəranda tədbir: “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!”

qhtxeber.az  “Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Lənkəran Mərkəzi kitabxanasında Lənkəran ictimaiyyəti üçün məlumatlandırma tədbiri təşkil edib.
 
Lənkəran rayonunu təmsil edən ictimaiyyət nümayəndələri və tələbələrin iştirak etdiyi tədbirdə insan alverinin qurbanların həyatında buraxdığı  acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları haqda danışılıb.
 
İctimai birliyin təlimçisi Qafar Cəfərov və birliyin hüquqşünası İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər barədə tələtraflı məlumat veriblər.
 
İştirakçılara “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılıb.