Yaşı 20-dən aşağı 300-dən çox namizəd qeydə alınıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabat təqdim edib.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, tədbirdə iştirak edən AVCİYA-nın Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı təşkilat bu ilin əvvəlindən fəaliyyət planını açıqlayıb və fevral ayından fəaliyyətə başlayıb: "Hazırda müşahidələrimiz davam etdirilir. Müşahidələrimiz zamanı ölkədə seçki vəziyyəti, Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı fəaliyyəti və kütləvi informasiya vasitələrinin monitorinqi keçirilib. Azərbaycanda digər regionlardan fərqli olaraq seçkilər elan olunduqdan sonra, ölkədəki stabil ictimai-siyasi mühit, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıq səviyyəsi və seçki administrasiyasının fəaliyyəti demokratik və şəffaf seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır. Son illər Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir. NATO və Rusiyanın baş qərargah rəislərinin görüşünün Azərbaycanda keçirilməsi bundan xəbər verir”.
 
O bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı 1 noyabr - 13 dekabr 2019-cu il tarixlərində AVCİYA KİV-lər üzərində keçirdiyi monitorinqə görə noyabrda seçkilərlə bağlı 514 xəbər, dekabrın 1-dən indiyədək isə 325 xəbər dərc olunub. Monitorinq sübut edir ki, ümumiyyətlə seçki xəbərləri noyabrda dərc olunan xəbərlərin ümumi sayının 40,8% -ni, dekabrın 1-13-arasında isə 54,77 %-ni təşkil edib. Bu da seçkiyə KİV-lərin daha çox maraq göstərməsini sübut edir. 
 
M. Zülfüqarlının sözlərinə görə, namizədlərin qeydə alınması ilə bağlı problem aşkarlanmayıb: "Namizədlərin 30 faizdən çoxu qadındır. Azərbaycanda keçirilən seçkilərdə qadın namizədlərin sayı getdikcə artır. Yaşı 20-dən aşağı 300-dən çox namizəd qeydə alınıb. Monitorinq 2 müxalifət, 2 iqtidar, 2 müstəqil qəzet və 2 informasiya agentlikləri üzərində həyata keçirilib".
 
Ölkədə seçki mühiti ilə bağlı danışan M. Zülfüqarlı bildirib ki, seçki prosesi tam normal keçirilir: "Digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkilərinə münasibət bir qədər başqadı. Yəni parlament seçkilərində 125 yer uğrunda mübarizə aparılırsa, bələdiyyədə bu yerlərin sayı 16 mindir. Prezident seçkilərində bütün ölkə 10 namizəddən 1-ni seçir. Amma burda hər qəsəbə öz namizədini seçir.Ona görə də bu proses digər seçkilərdən fərqlənir".
 
O, qeyd edib ki, bu gün Azərbaycanda yerli özünüidarə ilə bağlı marifləndirmə lazımı səviyyədə deyil: "Azərbaycanda yerli özünü idarə özünü tam şəkildə sübuta yetirməyib. Yerlərdə səlahiyyətlərin əksəriyyəti icra hakimiyyətinə verilib. Ona görə də bələdiyyələr özünü sübut edə bilmir. Bu institut Avropada uzun illərdir fəaliyyət göstərir və özünü doğruldub. Düzdür, Çar və Cümhutəriyyət dövründə də yerli özünü idarə seçkiləri olub. Amma hələ Azərbaycanda bələdiyyə özünü təstiqləyə bilməyib. Məsələn, bütün dünyada kommunal xidmətlər bələdiyyəyə verilsə də, Azərbaycanda bu icra hakimiyyətinin tabeçiliyində olan qurumun səlahiyyətindədir".
 
Azərbaycabda seçkiqabağı mühitin həmişəki kimi stabil olduğunu deyən M. Zülfüqarlı deyib ki, bu stabillik digər qonşu ölkələrdə yoxdur: "Azərbaycanda seçki ərəfəsində Gürcüstan və difər ölkələrdəki kimi qarşıdurma olmur. Bu da ölkənin stabilliyindən irəli gəlir və seçkilərin normal keçirilməsinə imkan verir.
 
Sərbəst toplaşma azadlığı məsələsinə gəlincə isə, bu prosesdə bəzi məqamlar var. Azərbaycanda sərbəst tolaşmaq azadlığı var və buna əməl olunur. AXCP, Milli Şura və Müsavat Partiyasının aksiyalarının keçirilməsinə icazə verilməməsi barədə məlumatlar var. Azərbaycanda onların mitinq keçirilməsinə razılıq verilib və mitinq keçirmək üçün yer də ayrılıb. Lakin onlar həmin yerdə deyil, şəhərin intensiv hərəkət olan yerlərində qanunsuz aksiyalar təşkil etmək istəyiblər və bu cəhdlərin də qarşısı alınıb. Razılaşdırılmamış yerdə alsiya keçirmək qanunvericiliyə ziddir və bu vətəndaşların da narazıləğına səbəb olur".
 
M. Zülfüqarlı bildirib ki, bələdiyyə seçkilrəində namizədliyi qeydə alınanların 30 faizdən çoxu qadınlardır: "Hər seçkidə get-gedə qadın namizədlərin sayı artır. 300-ə yaxın namizədin isə yaşı 20-dən azdır ki, bu da gənclərin seçkilərə marağından xəbər verir".
 
AVCİYA təmsilçisi bildirib ki, Mərkəzi Seçki Komissiyası vaxtında seçici siyahılarını dəqiqldirib: "Hər kəs öz adını siyahıda tapa bilir. Bəzi problemlər aradan qalxıb. Əgər seçicinin adı siyahıda yoxdursa, istənilən seçici seçki günü şəxsiyyət vəsiqəsilə məntəqəyə yazxınlaşıb adını əlavə siyahıya saldıra bilər".