Qubada “Bərabərliyimiz Uğurumuzdur”

qhtxeber.az  “Bərabərliyimiz Uğurumuzdur” adlı layihə çərçivəsində ilk seminar Quba ASAN xidmətin təlim mərkəzində baş tutub. 
 
Tədbirdə  gənclərə ailə daxili geder bərabərliyi, iş həyatında gender bərabərliyi və təhsildə gender bərabərliyi haqqında məlumat verilib. Eyni zamanda “Gender nədir?” mövzusu haqqında da ətraflı məlumat verilib. 
 
 
Təbirdə müzakirə edilən problem gənclər arasında böyük maraqla qarşılanıb. Seminarın sonunda fəal iştirak etmiş gənclərə sertifikatlar təqdim edilib.  
 
Qeyd edək ki, bu tədbir Avropa İttifaqı və qismən BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən, DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində həyata keçirilib. Seminarlar yanvar və fevral aylarında da davam edəcək.