Şuranın dəstəyilə Samuxda məlumatlandırma görüşü keçirilib

qhtxeber.az  “Təmas” Regional İnkişaf İctimai Birliyi Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasını davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. 
 
Layihə çərçivəsində Samux rayonunda maarifləndirmə görüşü keçirilib. 30-dan çox müxtəlif qurumları təmsil edən vətəndaşın iştirak etdiyi görüşə hüquq mühafizə orqanlarinin nümayəndələri də qatılıblar. Tədbirdə təşkilatın fəaliyyəti və layihə haqqında geniş məlumat verilib.
 
 
Layihə rəhbəri Kubra Ələkbərova qeyd edib ki, mərkəz-sığınacaqda zorakılıqdan əziyyət çəkən şəxslər hüquqi və psixoloji yardımlarla təmin olunur, onlara sənədlərinin düzəldilməsində, sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında köməklik göstərilir, zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə yardım edilir: “Bununla yanaşı qadın və uşaqların ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Həssas vəziyyətədə olan qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Buna görə də qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Layihənin icrası dövründə 50 dən çox həssas vəziyyətdə olan qadın və uşaq təhlükəsiz sığınacaqla təmin olunub, ilkin ehtiyacları ödənilib, uygun psioloji və hüquqi yardımlar alıblar”. 
 
Qeyd edək ki, layihənin icrası davam edir.