Şuranın dəstəyilə regionlarda səyyar xidmətlər təşkil olunub

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB "Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili"  layihəsini icra edir.
 
Layihə çərçivəsində Quba və Biləsuvar rayonlarında səyyar xidmətlər təşkil olunub. Quba və Xaçmaz rayonlarında təşkil olunmuş səyyar xidmət çərçivəsində 20 nəfər hüquqi, 8 nəfər psixoloji yardım alıblar. 
 
Dekabr ayında Biləsuvar rayonunda baş tutan səyyar xidmət çərçivəsində 25 nəfər hüquqi və 8 nəfər psixoloji yardım alıb. Hüquqi yardım üçün müraciətlər əsasən boşanma, aliment, məişət zorakılığı problemləri olub. Hüquqi yardım üçün müraciət edənlərə şifahi məsləhətlər verilmiş və müxtəlif orqanlara müraciətlərin yazılmasında yardım göstərilib.