Şuranın dəstəyilə “İnsan alveri qurbanları və potensial qurbanlara göstərilən xidmətlər zamanı psixoloji askpektlər” müzakirə edilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyilə “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsinin icrası davam edir.
 
Layihə çərçivəsində Sumqayıt şəhərində “İnsan alveri qurbanları və potensial qurbanlara göstərilən xidmətlər zamanı psixoloji askpektlər” mövzusunda təlim keçirilib.
 
Ekspert, təlimçi psixoloq Fərqanə Mehmanqızının da iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd insan alveri və potensial qurbanlara göstərilən yardımlar zamanı mütəxəssislər üçün nəzərə alınmalı olan psixoloji amillərdir.
 
Sonda təlimdə iştirak edən psixoloqlar, hüquqşunaslar, QHT nümayəndələri, icitimai aktiv şəxslər təlimin təşkilini, təlimçinin bu sahədə bilik və bacarıqlarını qiymətləndiriblər.