Şuranın dəstəklədiyi layihədən 30 qadın və 45 usaq bəhrələnib

qhtxeber.az  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Daxili İşlər Nazirliyi və DİN İnsan alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə “İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi” layihənin icrasını davam etdirir.
 
3 ayicra olunacaq layihə çərçivəsində 30 nəfərin reabilitasiya və reinteqrasiyası prosesinə cəlbi nəzərdə tutulub. Bununla yanaşı, sığınacaq sakinlərinin dərzilik üzrə peşə bacarılqlarının artırılması fəaliyyətini könüllü həyata keçirməsi planlaşdırılıb. Layihənin gedişatında, 16 günlük gender zorakılığı ilə mübarizə aktivliyi ərəfəsində İsveç səfirliyi ilə aparılan danışıqlar nəticəsində məhz bu fəaliyyəti daha güclü və effektiv etmək üçün müəyyən razılıqlar əldə edilib.
 
Səfiliyin əməkdaşlıq etdiyi Azərbaycan Mirkomaliyyə Assosiasiyanın törəmə müəsissəsi “Finance and Sosial İnnovation Consulting” MMC sığınacaq sakinlərinə sahibkarlıq fəaliyyəti üzrə ümumlikdə 25 nəfərə 5 günlük təlimlər keçib. Sonra qeyd edilən şirkətin təhkim etdiyi peşəkar dərzi ustası sakinlərə praktik olaraq bir aylıq dərzilik sənətinin bütün incəliklərini öyrədib. Tədrisin sonunda artıq 12 nəfər sərbəst şəkildə tikmə, biçmə bacarıqlarına nail olub. Sığıanacaq sakinlərinin keçdiyi təlim və dərzilik kursunun nəticəsi olaraq İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə səfiri xanım Murel Peneveyre iştirakçılara sertifikatlar təqdim edib.
 
Layihənin müddəti yekunlaşsa da həm Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına, həm də İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin hədiyyə etdiyi dərzilik avadanlıqları gələcəkdə bu fəaliyyətin davamılılığını təmin etmiş olacaq. 
 
Artıq sığınacağa daxil olan şəxslər reabilitasiya dövründə paralel olaraq peşə bacarıqlarına yiyələnərək sığınacağı tərk etdikdə müstəqil olaraq həyatını idarə etməyi, iqtisadi azad olmağı təmin edə biləcəklər.
 
Qeyd edək ki, layihənin yekunlaşmasına baxmayaraq fəaliyyət davam edir. Həyata keçirilən layihənin yeniliyi, reabilitasiya və reinteqrasiyanın paralelliyini təmin etməyə yeni imkanlar yaradıb. 3 ay müddətində 30 qadın və 45 usaq layihədən bəhrələnib.