Tanınmış QHT rəhbərləri Şuranın fəaliyyətinə qiymət verdilər- VİDEO

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni elektron xidmətlərin tətbiqi, QHT-lərin donora əlçatanlığının artırılması, şəffaflığın və hesabatlığın ən yüksək səviyyəyə çatdırılması, dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, QHT məmnunluğunun təmin olunması və digər sahələrdə böyük nailiyyətlər qazanıb.
 
Tanınmış QHT rəhbərləri - Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri,  hüquq müdafiəçisi Səidə Qocamanlı, D.Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi  Novella Cəfəroğlu, Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri,  hüquq müdafiəçisi  Mirvari Qəhrəmanlı və Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənəniyarlı Şuranın 2019-cü ildəki fəaliyyəti ilə bağlı fikirlərini QHT TV ilə bölüşüblər.
 
Vətəndaş cəmiyyəti sektoru üçün 2019-cü ilin ən yaddaqalan hadisəsi Şuranın Sürətli Əlaqələndirmə və Layihə İdarəetmə Sistemi – SƏLİS-i istifadəyə verməsi oldu.
 
Müsahiblərimiz SƏLİS-i vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ ideya kimi qiymətləndiriblər.