QHT sədri imza vərəqələrini DSK-ya təhvil verdi

16 sayılı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramovun namizədliyi qeydə alınması üçün 500 imzanı toplayıb və artıq DSK – ya təqdim edib.
 
Bu barədə Çingiz Bayramov öz facebook səhfəsində namizədliyi ilə bağlı status da paylaşıb:
 
“Mənə imza verən Yasamal sakinlərinə dərin təşəkkürlərimi bildirir və hər bir insanımızın yeni ilini səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrı gözəl və qonaqpərvər Xalqımızı qorusun. İmza toplanmasında mənə yaxından köməyini və dəstəyini əsirgəməyən əzizlərim Seymur müəllimə, Günel Ağayevaya, Xanım Məmmədovaya, Seymur Verdizadəyə, Anar Əsədova, Elşad müəllimə, Gəray Zeynallıya, Qurban müəllimə, Orxan Vəliyevə, Rüfət Orucova, İlqar Bayramova və əməyi keçən onlarca fədakar dostlarıma təşəkkür edirəm”.