4-cü Könüllülük proqramı elan edilib

qhtxeber.az  Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən gənclərin müxtəlif layihə və xidmətlərlə fərdi inkişafına, onların müxtəlif sağlam bilik və vərdişlərə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili, yerli və beynəlxalq təmsilçiliyinə, onların ideya və təşəbbüslərinin reallaşdırılmasına nail olmaq məqsədilə fəaliyyət göstərən sosial xidmət müəssəsidir.
 
qhtxeber.az-a daxil olan məlumata görə,Sabunçu Gənclər Evi gəncləri könüllü hərəkatının bir parçası olmağa, öz inkişafını  peşəkar komanda ilə başlamağa dəvət edir.
 
Sabunçu Gənclər Evi könüllülər üçün
“Peşəkar və uğurlu komandanın bir parçası olmaq”,
“Müqaviləli əsaslarla səmərəli könüllülük fəaliyyəti”,
“Uğurlu karyera imkanı”,
“Yerli və beynəlxalq layihələrdə iştirak imkanı”,
“Şəxsi inkişaf və təcrübə”,
“İntellektual və əyləncəli dostlar”,
“Könüllü fəaliyyəti təsdiq edən müqavilə”
xüsuslarında imkanlar yaradır.
Şəxsi inkişaf və təcrübə üçün isə “Layihələrin idarəedilməsi”,
“İctimaiyyətlə Əlaqələr və SMM”,
“Foto və videoqrafiya”,
“Gənclərlə iş”,
“Təlimçilik bacarıqları”,
“İnformasiya texnologiyaları”
kimi istiqamətlər fəaliyyət göstərir.
 
Qeyd edək ki, Könüllülük fəaliyyəti müqaviləli əsaslarla aparılır. 4 ay davam edən könüllülük proqramının sonunda xasiyyətnamə və ikili sertifikat verilir. Yaş limiti - 18-29
 
Son müraciət tarixi: 26 yanvar.