Şuranın dəstəyilə qısametrajlı film çəkilib

İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı film çəkilib. 
 
Filmi İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı dəstəyi ilə çəkib. 
 
KANAL 5-in məlumatına görə, filmin layihə rəhbəri və ssenari müəllifi Ramiz Alıyev, Qurluşcu rejissoru Elvin Rüstəmzədədə, icraçı prodüseri isə Nicat Həsənzadədir. Filmin media tərəfdaşı Azad Azərbaycan Televizyasıdır. 
 
"Mələklərin Qurtuluşu" adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların bədən orqanlarının çıxarılaraq satılmasına və cinsi istismara məruz qoyulmasına həsr olunub.