Nazirlik müsahibə elan edib

Energetika Nazirliyi 4 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə və 3 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün ümumi müsahibə elan edib.
 
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vakant vəzifələr üzrə sənəd qəbulu yanvarın 13-dən başlayıb. Müsabiqə üzrə müsahibəyə çıxarılan vəzifələrə sənəd qəbulu fevralın 11-dək, ümumi müsahibəyə çıxarılan vəzifələrə sənəd qəbulu isə fevralın 3-dək davam edəcək.
 
Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Vakant vəzifələrlə daha ətraflı aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz:
http://eservices.dim.gov.az/dqq/Elan/MsbElanlar
http://eservices.dim.gov.az/dqq/Elan/UmMshMshElanlar
 
 

SON ƏLAVƏLƏR