Azərbaycanda beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradılıb

Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
 
M. Pənahov qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxları artıq müsbət cavab verib”.
 
MSK sədri məlumat verib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib ki,onlardan 1622 nəfərin namizədliyi qeydə alınıb.
 
Parlament seçkilərində indiyə qədər 81 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.
 
M. Pənahov vurğulayıb edib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq: "İndiyə qədər akreditasiyadan keçən müşahidəçilər ümumilikdə 28 ölkəni təmsil edir. Türkiyə, Belarus, Moldova və digər ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri seçkilərdə iştirak edəcək".
 
MSK sədri əlavə edib ki, yerli müşahidəçilərin sayı 12829 nəfərə çatıb.
 
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.