112 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

"2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar akkreditasiyadan 112 beynəlxalq müşahidəçi keçib".
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
 
M. Pənahov bildirib ki, müşahidəçilərin akkreditasiyası davam etdiyindən bu rəqəm artacaq.
 
MSK sədri qeyd edib ki, indiyə qədər akkreditasiyadan keçən müşahidəçilər ümumilikdə 28 ölkəni təmsil edir.