Yeni KOB mərkəzi açılacaq

Xaçmazda yeni KOB mərkəzi açılacaq.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forum zamanı deyib.
 
O bildirib ki, bu il Xaçmazda dövlət mexanizmlərinin tətbiqi vasitəsilə sahibkarların ticarət bazarına çıxmasına kömək edəcək KOB dəstək mərkəzinin açılması planlaşdırılır.