“Müasir Azərbaycan Qadını-5” layihəsinə qeydiyyat başlayıb

qhtxeber.az  Sosial həyatda, ailədə ümumiyyətlə cəmiyyətin bütün sahələrində uğura can atan, həmçinin psixoloji gərginliklər fonunda problemlərlə üzləşən qadınlara dəstək olmaq, onlara geniş diapazonda maarifləndirmə işləri aparmaq məqsədi ilə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi ənənəvi olan "Müasir Azərbaycan Qadını" 5 layihəsinə start verir.
 
qhtxeber.az-a daxil olan məlumata görə,layihə çərçivəsində Azərbaycanın sayılıb-seçilən, zəkası və müdrikliyi sayəsində həm iş, həm də ailə həyatında uğur qazanan peşəkar ekspertlər tərəfindən keçirilən təlimlərdə uğur qazanmağın sirrləri öyrədiləcək.
 
"Müasir Azərbaycan Qadını"5 layihəsində bacarıq və qabiliyyətlərini reallaşdırmaqda çətinlik çəkən, problem və psixoloji sıxıntılardan əziyyət çəkən və ümumiyyətlə cəmiyyətdə özünü təsdiq etmək istəyən xanımlar iştirak edə bilərlər.
 
İştirak üçün:
qeydiyyat linki:
https://docs.google.com/…/1FAIpQLSfVPiy4shJ4l4vz14…/viewform
Son müraciət tarixi: 02.02.2020
Ətraflı məlumat üçün: +994559764846