10 fevral - 20 fevral arasında...

UNESKO-nun qərarı ilə Bakı şəhəri bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilib.
 
Bu əsasda “Azerbaijan Design Award” müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı loqo müsabiqəsini elan edir.
 
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirlib ki, müsabiqənin qalibi “Apple Macbook Air 2019” noutbukunu qazanacaq. Mükafat qalibə “Azerbaijan Design Award” müsabiqəsinin yekun tədbirində təqdim olunacaq.
 
Layihələr www.azerbaijandesignaward.com  saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral - 20 fevral arasında aparılacaq.
 
İştirak şərtləri:
 
İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır.
 
Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər.
 
Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır.
 
Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır.
 
Təqdim olunan layihənin izahedici mətni olmalıdır.
 
Təqdim olunan layihələr sizə məxsus olmalıdır.
 
 
Ölkəmizin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə dəvət olunur.
 
 

SON ƏLAVƏLƏR