“Yenidoğulmuşların Reanimasiyası” üzrə praktik təlim kursu keçiriləcək

qhtxeber.az  Bakıda İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Yenidoğulmuşların Reanimasiyası” üzrə praktik təlim kursu təşkil olunacaq.
 
qhtxeber.az-a daxil olan məlumata görə, praktiki təlim kursu perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçiriləcək.
 
Kursun məqsədi asfiksiya ilə doğulan bir körpəyə həyatının ilk dəqiqələrində göstərilən yardımın mənfi nəticələrini, onun yaşamaq qabiliyyəti də daxil olmaqla, həyatı boyu davam edəcək fəsadları aradan qaldırmaqdır. Yenidoğulmuşların reanimasiyası və stabilləşdirilməsi üzrə tələb olunan müvafiq nəzəri və praktiki bilikləri, komanda şəklində işləmək bacarıqlarını öyrətmək xüsusları da məqsədlər sırasındadır.
 
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/Cmta6CLL7Ye3VMGx7