"Qan ver! Ürəklər döyünsün!"

qhtxeber.az  15 fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə gününə həsr olunmuş "Qan ver! Ürəklər döyünsün!" devizi altında könüllü və təmənnasız qanvermə aksiyası keçiriləcək. 
 
Aksiya "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin, Mərkəzi Qan Bankının təşkilatçılığı və Park Bulvar Bakunun dəstəyi ilə 15 fevral saat 10:00-dan 17:00-a kimi Park Bulvarda keçiriləcək.
 
Əldə olunan qanlar əsasən qan xərçəngi ilə mübarizə aparan pasiyentlərə istifadə olunacaq. Hər bir kəs təşkil olunan aksiyada iştirak edə bilər və qan verməklə həm döyünən ürəklərin döyünməsinə dəstək olmuş, həm də öz sağlamlığına fayda vermiş olacaq.
 
Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərin başvermə riski 90% aşağı düşür.