Şuranın dəstəyilə məcburi köçkünlər haqqında çəkilmiş film Londonda təqdim olunub

qhtxeber.az  Fevralın 27-də SOAS London Universitetində Baku Film School Production və Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə istehsal etdiyi “Çadır şəhərciyindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı olub. 
 
 
Filmi iştirakçılara təqdim edən BFS Production direktoru Əvəz Həsənov qeyd edib ki, bu film qaçqın və məcburi köçkünlərin həyat şəraitini göstərmək ilə yanaşı dövlətin onların mənzil probleminin həll olunmasına dair gördüyü işlər haqqındadır ki, 5 ay müddətində ərsəyə gəlmişdir.
 
Ə. Həsənov tədbir iştirakçılarına məcburi köçkünlərin Azərbaycanın bütün rayonlarında məskunlaşdığı barədə məlumat verib, münaqişənin ilk illərində məcburi köçkünlərin yerləşdirilməsi və ərzaqla təmin olunmasında ölkənin qarşılaşdığı problemlərdən danışıb. Azərbaycanda məcburi köçkünlərin çadır şəhərciklərində daha ağır şəraitdə yaşadıqlarnı və 2007-ci ildən ölkə rəhbərliyinin səylərindən sonra çadır şəhərciklərinin ləğv olunması və insanların daha yeni binalara köçürülməsi barədə məlumat verib.
 
Onun sözlərinə görə, vaxtilə çadır şəhərcikləri, ictimai binalar, tanışlarının evlərində məskunlaşmış məcburi köşkünlər indi dövlət tərəfindən tikilən yeni qəsəbələrə köçürülür. İndiyə kimi 450 min nəfər yeni ev ilə təmin olunmuşdur. Hökumətin verdiyi məlumata görə 2025-ci ilə qədər daha 250 min adam yeni evlər ilə təmin olunacaqdır. Hökumət onlar üçün yeni qəsəbələrdə daha müasir evləri tikir, mənzillər zəruri avadanlıqlar ilə təmin edilir.
 
Bununla yanaşı, məcburi köçkünlər üçün iş yerlərinin açılmasının ölkə üçün problem olduğunu, onların yeni qəsəbələrə köçürülməsindən sonra sosiallaşması yolunda yarana biləcək problemlərdən danışıb. Xüsusən məcburi köçkünlərin münaqişənin qurbanı kimi münaqişə tərəfi ilə münasibətlərin qurulmasında daha çox tövhə verə biləcəyini vurşulayıb.
 
Tədbirdə moderatorluq edən SOAS Universitetinin professoru Scott Newton qeyd edib ki, artıq ikinci dəfədir ki, bu universitetdə müəllifin sənədli filmləri təqdim olunur və universitetin tələbələri və ekpertlər üçün bu Qafqazda baş verənləri dərindən öyrənməq üçün çox maraqlı mənbədir.
 
Filmin təqdimatında Azərbaycan və Ermənistan cəmiyyətinin nümayəndələri, müəllimlər, münqişələrin həlli ilə məşğul olan ekspertlər və diplomatik nümayəndəliklər iştirak ediblər. Filmin təqdimatında sonra Ə. Həsənov iştirakçıların Azərbaycanda məcburi köçkünlər və onların inteqrasiyası, qeydiyyatı və sosial vəziyyəti ilə bağlı suallarına cavab verib.
 
Filmi burada izləmıək mümkündür. https://www.youtube.com/watch?v=nifp26hhKWs&t=2133s