Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
 
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
 
Abbas Radə Sabir qızı
Abiyeva Aminə Həzərxan qızı
Aşumova Kəmalə Zabil qızı
Bağırova Gülarə Məmməd qızı
Əhmədova Lətifə Tərlan qızı
Əliyeva Rəhimə Şamxal qızı
Əmirhüseynova Mahirə İmanqulu qızı
Hümbətova Almara Novruz qızı
Hüseynova Nəsibə Bayram qızı
İbadova Gülnarə Vidadi qızı
Quluyeva Rahidə Əsgər qızı
Musayeva Təranə Şövkət qızı
Rəsulova Zəminə İsmayıl qızı
Salayeva Sumra Cabbar qızı
Zeynalova Mehriban Heydərəli qızı.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 5 mart 2020-ci il
Prezident.az