Yeni müsabiqə elan edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
 
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant yerlər müəssisənin Terminologiya şöbəsinə böyük elmi işçi, Nəzəri dilçilik şöbəsinə baş elmi işçi, Azərbaycan dialektologiyası şöbəsinə böyük elmi işçi və Türk dilləri şöbəsinə elmi işçi vəzifələrinə 1 yerdir.
 
Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.
 
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 115