Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
 
Paylaşımda deyilir:
 
“Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy, doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy, sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun! Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə, Mehriban”.