ASAN könüllüləri koronavirusla mübarizədə

ASAN könüllüləri 16 mart 2020-ci il tarixindən etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstərirlər.
 
"ASAN Xidmət" Mərkəzindən verilən məlumata görə, onlar xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar ( su, əlcək, maska) ilə təmin olunma və s. kimi işləri görürlər.
 
Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.