AVCİYA sədri təqaüdünü tam həcmdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna keçirəcək

Hazırda təqaüddə olan, AVCİYA sədri Elxan Süleymanov cənab Prezident İlham Əliyevin çağırışına qoşularaq, 2020-ci ilin sonuna qədər müddətdə təqaüdünü tam həcmdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna keçirəcəyini bəyan edib. O, Azərbaycan xalqına səslənərək qeyd edib: “Sevincimizi və dərdlərimizi gəlin birgə bölüşək”.
 
E.Süleymanov bugündən etibarən ilin sonunadək qarşıdakı bütün aylarda təqaüdünü (hər ay üçün 3900 manat) davamlı olaraq Fonda köçürəcək.
 
Elxan Süleymanov bu qərarı ilə cənab Prezidentin rəhbərliyi altında xalqımızın sağlamlığının və rifahının qorunması istiqamətində həyara keçirilən məqsədyönlü tədbirlərə öz dəstəyini ifadə etdiyini bildirib.
 
QHT sədrinin uzunmüddətli əmək və deputatlıq fəalliyəti ilə əlaqədar bir aylıq təqaüdünün məbləği 3900 manat təşkil edir, illik təqaüdünün həcmi ümumilikdə 50 min manata yaxın vəsait deməkdir.