“Diasporpress“ ictimai monitorinq kampaniyasına qoşuldu

DiasporPress informasiya mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.
 
Bu haqda mərkəzin rəhbəri Toğrul Allahverdili məlumat verib. 
 
Qeyd edək ki, artıq Azərbaycan Ukrayna Beynəlxalq Alyansı, Moskva Azərbaycanlıları İcması, Rusiyanın Solikamski şəhərində fəaliyyət göstərən diaspor təşkilatımız bu məsələdə həmrəylik göstərəcəklərini bildiriblər.