QHT "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulub

qhtxeber.az  "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctima Birliyi həyata keçirdiyi layihələrin aktualığını və ölkəmiz üçün önəmliyini bir prinsip kimi həmişə nəzərdə saxlayıb. Dünyanın , eləcə də bizim ölkəmizin tamailə koronavirus təhlükəsinə qarşı səfərbər olduğu bir vəziyyətdə bizdə bu prosessdən kənarda qalmaq istəmirik. Bütün təcrübə və bacarığımızdan istifadə edərək bu bəladən ölkəmizin və vətəndaşlarımızın daha az zərər görməsi işinə öz töhvəmizi vermək istəyirik".
 
Bu sözləri "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin sədri Sevinc Kərimova qhtxeber.az-a açıqlamasında deyib. 
 
QHT sədri bildirib ki, İctimai birlik olaraq Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədiylə "Evdə Qal, Cəmiyyəti Qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına könüllü şəkildə qoşulur və bu yöndə əllərindən gələn köməyi etməyə hazırdı.