Milli Məclisin plenar iclasları onlayn keçiriləcək

Hazırda Milli Məclisin komitə və komissiyalarının iclasları onlayn keçirilir.
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, bunu parlamentin plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
 
Spiker bildirib ki, lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək.