Daha 3 təşkilat "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşuldu

Daha üç təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  REAL TV Yayım Şirkətinin birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başlanan "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub. 
 
Azərbaycan-İraq Mədənı Əlaqələr İctimai Birliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulur.
 
Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyindən verilən məlumatda deyilir:
"Bu çətin günlərdə hamımız bir nəfər kimi dövlətimizin yanında olmalıyıq. Çox təqdirəlayiqdir ki, bütün dəvlət əhəmiyyətli tədbirlərdə olduğu kimi bu dəfə də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV koronovirusla mübarizə məqsədi ilə birgə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və maarifləndirmə kampanıyasına start verib. “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi olaraq bu təşəbbüsü dəstəkləyir və kampaniyaya qoşuluruq. Kampaniya çəçivəsində üzərimizə düşən hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk".
 
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından (ADTGT) verilən məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV-nin ölkəmizdə koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi, vətəndaş cəmiyyəti töhfəsini təmin etmək məqsədilə başlatdığı "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyaaına qoşulur".
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  REAL TV Yayım Şirkətinin birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına start verib. Kampaniyaya martın 27-də başlanılıb, paytaxtın bir çox rayonlarında monitorinqlər aparılıb, əhaliyə karantin qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyi çatdırılıb. Bu kampaniyanın ölkəmizin müxtəlif ərazilərində həyata keçirilməsi nəzərdə tutulub.
 
#EvdeQalCemiyyetiQoru #CemiyyetiQoru #Şura #QHT #VətəndaşCəmiyyəti #realtv #evdeqal