"Evdə qal, Cəmiyyəti qoru" kampaniyasına qoşulan YURD Quba rayonunda monitorinq və maarifləndirmə işi aparacaq

“YURD” Gənclərin İntellektual  İnkişafina Dəstək ictimai birliyi  Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb. 
 
Bu barədə məlumatı İctimai Birliyin  sədri Ramin Mahmudov verib.
 
QHT sədri bilirib ki, vətəndaş cəamiyyəti təşkilat olaraq dövlətimizin koronavirusla mübarizəsinə dəstək olmaq məqsədilə, Cənab Prezident tərəfindən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.
 
"Bundan əlavə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı "Evdə qal, Cəmiyyəti qoru" kampaniyasına  qoşularaq, bu istimaətdə Quba rayonunda monitorinq və maarifləndirmə işini həyata keçirəcəyik"  – deyə Ramin Mahmudov  qeyd edib.
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  REAL TV Yayım Şirkətinin birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına start verib. Kampaniyaya martın 27-də başlanılıb, paytaxtın bir çox rayonlarında monitorinqlər aparılıb, əhaliyə karantin qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyi çatdırılıb. Bu kampaniyanın ölkəmizin müxtəlif ərazilərində həyata keçirilməsi nəzərdə tutulub.
 
#EvdeQalCemiyyetiQoru #CemiyyetiQoru #Şura #QHT #VətəndaşCəmiyyəti #realtv #evdeqal