QHT sədri ianə etdi və çox təsirli sözlər yazdı: "Bilsəm ki, ödədiyim vəsait bir insanımızın sağalmasına, bu virusa yoluxmamasına...

Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. 
 
Bu haqda məlumatı təşkilatın sədri facebook səhifəsində yazıb. 
 
Birliyin sədri Emin Əliyev bildirib ki, ölkə başçısı tərəfindən ümummilli maraqlar naminə təsis edildiyini hesab etdiyim Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu gün mən də sahibkar, ictimai fəal və QHT sədri olaraq imkanlarım çərçivəsində vəsait köçürdüm: "Bilsəm ki, ödədiyim vəsait bir insanımızın sağalmasına, bu virusa yoluxmamasına, insanlarımızın panikaya düşməməsinə, millətimizin və dövlətimizin xoşbəxt gələcəyinə uzanmış bir əlin kəsilməsinə xidmət edəcək özümü dünyanın ən xoşbəxti hesab edərəm!"