“Evdə qal, cəmiyyəti qoru” kampaniyasına fiziki məhdudiyyətli şəxslərin mesajı- Video

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi “Evdə qal,cəmiyyəti qoru” adlı video-çarx hazırlayıb.
 
Bu barədə İctimai Birliyin sədri Səbinə Kərimova məlumat verib.
 
O, qeyd edib ki, karonavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə dövlət tərəfindən ardıcıl tədbirlər görülməkdədir.
 
"Bu tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dünyanı cənginə almış yeni korona virus pandemiyasına qarşı mübarizə məqsədilə başladığı “Evdə qal, cəmiyyəti qoru” kampaniyasıdır. Bu mübarizəyə qoşulan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi üzvüləri də "Evdə qal Cəmiyyəti qoru” kampaniyasına dəstək olaraq video-çarx hazırlayıb. Bu çarx əlilliyi olan şəxslər tərəfindən insanlara ötürülən bir mesajdır" -deyə QHT sədri vurğulayıb.