“QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı” keçirilir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə hazırda “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirir.
 
Online konfransın işinə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik edir və konfransda 391 QHT təmsilçisi iştirak edir.
 
Hazırda konfrans davam edir.