ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər

ASAN könüllüləri martın 16-dan etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstəriblər.
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, könüllülər xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar ( su, əlcək, maska) ilə təmin olunma və s. kimi işləri görüblər.
 
Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.