Şuranın dəstəyilə "Jest dilində məlumatlandırma" aparılacaq

qhtxeber.az  "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Jest dilində məlumatlandırma" layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus ( COVİD-19) pandemiyası nəticəsində ölkədə yaranmış karantin dövründə sosial roliklərin tərcüməsini həyata keçirəcək.

İctimai Birliyiin sədri Cəmilə Çingizqızı qhtxeber.az-a məlumat verib ki, sözügedən layihə çərçivəsində müxtəlif məlumatlandırıcı xəbərlər mütamadi olaraq Jest dilində tərcüməsi həyata keçiriləcək.