“Evdə qalaq, bilgi alaq” kampaniyası çərçivəsində ilk ictimai müzakirə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birlikdə başladığı “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində ilk ictimai müzakirə olub.

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin moderatorluğu ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyətlə bağlı məlumatlandırma” mövzusunda keçirilən ictimai müzakirədə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, Addım Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Kamil Həmidov və “Gənc psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruc canlı yayımda çıxış edib həmçinin, vətəndaşların suallarını cavablandırıb.

QHT rəhbərləri Ceyhun Musaoğlu, Yasin Kərimov və Radə Abbas da canlı yayıma qatılaraq mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.