"Jest dilində məlumatlandırma" layihəsi çərçivəsində hazırlanan məlumatlandırma roliki tərcümə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin "Jest dilində məlumatlandırma" layihəsi çərçivəsində hazırlanan məlumatlandırma roliki tərcümə edilərək cəmiyyətdə olan eşitmə məhdudiyyətli şəxslə təqdim olunub.
 
Bu barədə qhtxeber.az-a Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Çingizqızı məlumat verib. 
 
Təşkilatın rəhbəri qeyd edib ki, bu cür roliklərin sayı daha da artırılacaq.
 
"Məqsədimiz eşitmə məhdudiyyəti olan şəxsləri informasiya ilə təmin etməkdir"-deyə C. Çingizqızı bildirib.