Şuranın dəstəyilə onlayn rəsm müsabiqəsi təşkil olunacaq

qhtxeber.az  Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Evdə qal, cəmiyyəti qoru” adlı rəsm müsabiqəsi elan edir.
 
Müsabiqə dünyada pandemiya ilə mübarizəni necə gördüklərini, ölkəmizdə elan olunan karantin dövründə nə kimi maneələrlə üzləşdikləri, gələcək arzularının öyrənilməsi və evqə qaldıqları müddəti daha maraqlı etmək məqsədi ilə həyata keçirilir.
 
İştirak etmək istəyən şəxlər çəkdikləri rəsmlərin şəklini və şəxsi məlumatlarını 11 may 2020-ci il tarixinədək elli.az@mail.ru ünvanına yollamaları xahiş olunur.
Müsabiqədə iştirak edənlər arasında yaş kateqoriyası nəzərdə tutulmayıb.
 
Müsabiqəyə həm foto, həm də əllə çəkilmiş rəsm əsəri təqdim oluna bilər. Rəsmlər evqəqal cəmiyyəti qoru həştağı ilə təqdim olunmalıdır.
Müsabiqədə 3 yer nəzərdə tutulub. Qaliblər hədiyyələrlə təltif olunacaqlar. Müsabiqə 11 aprel 2020-ci il tarixindən 11 may 2020-ci il tarixinə qədər davam edəcək.
Rəsmlər sosialmedia.az saytında işiqlandırılacaq.