"Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və REAL TV-nin "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası davam edir.
 
Monitorinqin məqsədi ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etməkdir.
 
QHT sədrləri İlqar Orucov və Qəmzə Yusubova bu kampaniyada iştirak etməklə vətəndaşları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyi barədə məlumatlandırıblar.
 
Aparılan monitorinq zamanı vətəndaşlar görülən işləri qiymətləndirdi və eyni zamanda REAL TV vasitəsilə əhalini qaydalara riayət etməyə çağırdılar.