Aqil Camal Türkiyə televiziyasına koronovirusdan danışdı

Türküstan Media Qrupu”nun baş redaktoru, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Koronavirusla mübarizə üzrə İctimai Qərargahının üzvü Aqil Camal Türkiyənin “BengüTürk” televiziyasında çıxış edib.
 
Canlı yayımda “Kent ve yaşam” xəbər proqramında aparıcı Bilge Sebilcioğlunun suallarını cavablandıran Aqil Camal Azərbaycanda koronavirus epidemiyasının durumu, 10 apreldə keçirilmiş Türk Şurası liderlərinin video-konfransının yaratdığı təəssüratlar, Türk dünyasında koronovirusun vəziyyəti, qarşılıqlı yardımlaşma və s. mövzularında fikirlərini bölüşüb.
 
A.Camal bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə dövlətin əvvəlcədən aldığı qabaqlayıcı tədbirlər sayəsində epidemiyanı nəzarətdə saxlamaq və nəticələrini minimuma endirmək mümkün olub. Həmçinin, epidemiyanın dünyanın başqa bölgələri ilə müqayisədə, Türk coğrafiyasında daha yüngül şəkildə özünü göstərdiyini bildirərək bunu bir şans adlandırıb.
 
Fövqəladə şəraitdə Türk dövlət başçılarının Zirvə toplantısının keçirilməsini digər beynəlxalq təşkilatlar üçün bir örnək olduğunu deyən A.Camal qeyd edib ki, bu addım Türk dövlət və xalqlarını koronavirusla mübarizədə və sonra daha da birləşdirəcək.
 
Müsahibənin videosunu təqdim edirik: