Rauf Zeyni "İCTİMAİ BAXIŞ" proqramının qonağı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi “Evdə qalaq, bilgi alaq” aksiyası çərçivəsində “Koronavirus pandemiyası dövründə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin onlayn təbliği” layihəsi çərçivəsində "İCTİMAİ BAXIŞ" proqramının ilk Canlı Yayımı baş tutub.
 
Skype vasitəsi ilə baş tutan müzakirədə Azərbaycan Milli QHT Forumun prezidenti Rauf Zeyni iştiak edib.
 
"İCTİMAİ BAXIŞ"ın ilk buraxılışında Koronovirus pandemiyası dövründə dövlət tərəfindən əhalinin sosial müdafiəsi və sağlamlığın qorunması istiqamətində atılan addımlar, iqtisadiyyatın qorunması istiqamətində dövlət siyasəti və pandemiya şəraitində QHT-lərin fəaliyyəti müzakirə edilib.
 
Veriliş Facebook, Twiteer, Perscope kimi sosial şəbəkələrdə canlı yayımlanıb.
 
Layihənin informasiya dəstəyi QHT TV və QHT.az portalına məxsusdur.