İşarət dilində məlumatlandırma davam edir

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.
 
Bu dəfə "Jest dilində  məlumatlandırma" layihəsi çərçivəsində, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin uşaq problemləri şöbəsinin video roliki işarət dilinə tərcümə olunub. Uşaqların internet təhlükəsizliyi  və onun təmin olunması yolları haqqında olan bu məlumatlandırma roliki eşitmə məhdudiyyətli uşaqlara üçün maraqlı və faydalı olacaq. 
 
Layihə rəhbəri Cəmilə Çingizqızı "Son zamanlar internet günümüzün ayrılmaz  tələbinə çevrilib. İnternetdən istifadə etmək hər bir kəsin hüququdur.  Bundan düzgün istifadə edildikdə, faydalı ola biləcək bilgilərdən daha çox yararlanmaq olar. Əziz valideyinler uşaqlara nəzarəti itirməyin. Uşaqlara nəzarət etməklə onların vaxtlarının səmərəli keçirməsinə nail ola bilərsiniz. İnternetdən istifadə edərkən vaxta nəzarəti unutmayın!"-deyə fikirlərini bildirib.