ARTE- Avropa televiziya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Azərbaycan Qafqazın ən zəngin ölkəsidir. Ölkənin hər yerində tərəqqi, quruculuq işləri görünür.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Fransa və Almaniyanın birgə təşkilatçılığı ilə 1992-ci ildən fəaliyyət göstərən ARTE - Avropa televiziya kanalında “Qafqaz 30 gündə: Azərbaycanın kəşfində” adlı verilişdə bildirilib.
 
Aparıcı Azərbaycanla Ermənistan arasındakı kontrastı göstərmək üçün müqayisə apararaq bildirib ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.
 
Həmçinin verilişdə Azərbaycan mədəniyyəti və mətbəxi haqqında da geniş məlumat verilib. Ölkəmizin incəsənət nümayəndələri ilə görüşlər və onlarla müsahibələr verilişdə yer alıb.
 
Verilisə aşağıdakı linkdə baxmaq olar: https://www.arte.tv/fr/videos/056783-009-A/le-caucase-en-30-jours/