Floridanın Aventura şəhərində mayın 28-i Azərbaycanın Respublika Günü elan olunub

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mer Veysman Bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulayaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu qeyd edib.
 
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs edir.
 
E. Veysman mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.