Sabah saat 11:00-da…

Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirəcək.
 
qhtxeber.az Mədəniyyət nazirliyinin saytına istinadən xəbər verir ki, əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından saat 11:00-da canlı yayımlanacaq.